Əfqanıstanın cənubundakı Hilmənd əyalətinin Laşkarqax şəhərində partlayış törədilib.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində ən azı 1 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Kamikadzenin özünə bağladığı bombanı partlatması nəticəsində zərər çəkənlər arasında məktəblilər də var. Partlayış nəticəsində iki yerli televiziya stansiyası xəsarət alıb.
Qeyd edək ki, bu gün Laşkarqax şəhərində törədilən partlayışdan bir qədər öncə Kabildə də partlayış törədilib. Bu zaman ən azı 1 nəfər həlak olub, 6 nəfər yaralanıb.
BMT-nin Əfqanıstana yardım üzrə missiyasının məlumatına görə, təkcə 2017-ci ildə Əfqanıstanda 3,5 minə yaxın dinc sakin həlak olub, 7 mindən çoxu yaralanıb.