24 Fevral 2018 15:10
3 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın “Gözəllər ordusu” ilə bağlı şok iddialar ortaya atılıb.

Teleqraf.com xəbər verir ki, bu sensasiyalı iddialarla Şimali Koreyadan qaçan hərbçi Lee So Yeon çıxış edib.

Onun bildirdiyinə görə, idman yarışları zamanı öz komandalarını alqışlayan və seyrçilərin diqqətinə düşən “Gözəllər ordusu”ndan ölkə rəhbərləri seks köləsi kimi istifadə edir.

Qeyd edək ki, Lee So Yeon Şimali Koreyadan 2008-ci ildə qaça bilib.

Lee So Yeon deyib ki, Qış Olimpiadası zamanı böyuk marağa səbəb olan Şimali Koreyaya məxsus “Gözəllər ordusu” öz ölkələrində siyasi elitanı əyləndirməklə məşğul olur.

Gözəllər hansısa partilərə aparılır, sonda siyasətçilərlə intim əlaqəyə məcbur edilirlər: “Şimali Koreyada qadın haqları ilə bağlı vəziyyət dəhşətlidir. Qış olimpiadasında Şimali Koreyadan gələnlərilə bağlı kənardan görünən mənzərə sadəcə aldadıcı məqsəd daşıyır”.

Lee So Yeonun sözlərinə görə, təkcə “Gözəllər ordusu”nda təmsil edilən qızlar yox, idmançılar da Şimali Koreya lideri Kim Yonğun kölələridir:

“Onu da deyim ki, “Gözəllər ordusu”nda təmsil olunan qızlar bura düşmək üçün uzun prosedurdan keçirlər. Onlara ayrıca əmək haqqı verilmir, çünki 24 saat elə siyasətilərin ətrafında olurlar. Səhv və qüsurlu bir şey edərlərsə, dərhal həbxanaya göndərilirlər”.

İdmançıların durumunun bir qədər fərqli olduğunu deyən Lee So Yeon vurğulayıb ki, onlar daim nəzarətdə saxlanır, qaçmaq istəsələr dərhal həbs olunarlar.

Qeyd edək ki, Şimali Koreyanın “Gözəllər ordusu” Cənubi Koreyada keçirilən Qış Olimpiaya yarışlarında xüsusi olaraq diqqəti cəlb edib.


Müəllif: Cavad

Oxşar xəbərlər