ABŞ prezidenti Barak Obamanın Yaponiya, Cənubi Koreya və Malayziyanı əhatə edən səfərə tək çıxması söz-söhbətlərə səbəb olub.
Teleqraf.com-un məlumatına görə, Yaponiya parlamentində komitə sədri, millət vəkili Kazuyuki Hama Obamanın səfərə xanımı Mişel Obama olmadan gəlməsini cütlük arasındakı soyuq münasibətlə əlaqələndirib:
“Obamanın həyat yoldaşı ilə arasının pis olduğu məlumdur. Obama həyat yoldaşı Mişel Obamanı aldadır”.
Hama Amerika prezidentinin başqa qadınlarla əlaqəsinin ortaya çıxmaması üçün gizli xidmətdən istifadə etdiyini söyləyib:
“Obamanın siyasətdəki fəaliyyəti zəifləyir. Bunun ən böyük səbəbi də şəxsi həyatıdır. Arvadı Mişel Obamayla münasibəti məhv olub. Həyat yoldaşı ilə boşanmaq üçün müzakirələr aparır. Cütlük boşanmaq üçün prezidentlik müddətinin başa çatmasını gözləyir. Obama Mişelin xərclərindən boğaza yığılıb. Mişel Obama da ərinin qadın düşkünü olduğunu bilir”.
Qeyd edək ki, sözügedən deputatın Amerikanın əleyhdarı siyasətçi kimi tanındığı deyilir.