Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
Liderlərin telefon danışığı zamanı BMT-nin Suriyada bir aylıq atəşkəs elan edilməsi ilə bağlı qətnaməsi və Şərqi Qutadakı vəziyyət müzakirə edilib. Putin həmçinin Merkel və Makrona Rusiyanın Suriyada həyata keçirdiyi dinc sakinlərin təxliyə prosesi və humanitar yardımların çatdırılması barədə informasiya verib.