28 Fevral 2018 08:18
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İŞİD-in bütün ölkələrdəki qruplarını terrorçu siyahısına salıb.

Teleqraf.com xəbər verir ki, İŞİD-Qərbi Afrika, İŞİD-Filippin, İŞİD-Banqladeş, İŞİD-Somali, Jund ei-Halife-Tunus, İŞİD-Misir və Maute qrupları ABŞ Xarici İşlər Nazirliyinin hazırladığı terrorçu siyahısına əlavə edilib.

ABŞ Xarici İşlər Nazirliyi Terrorla Mübarizə üzrə koordinatoru Natan Sales yazılı açıqlamasında qeyd edib ki, İŞİD-in İraq və Suriyadan kənarda olan bütün qrupları siyahıya salınınb: "Bu qruplar və onların üzvlərinin terror hadisələri törətmək ehtimalları böyükdür. Onların terrorçu siyahısına salınması ABŞ-ın və digər ölkələrin təhlükəsizliyinin qorunması baxımından vacibdir".


Müəllif: Ayxan

Oxşar xəbərlər