28 Fevral 2018 10:07
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzai Taliban terror təşkilatı ilə sülh prosesinin başladılması üçün şərtini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bunun üçün konstitusiyaya dəyişiklik edilməsini və Talibanın siyasi qrup olaraq tanınmasını istəyib.

Bundan başqa, sülh prosesi üçün Taliban da öz növbəsində əfqan hökumətini tanımalıdır.

Əhmədzai atəşkəsin sülh prosesinin bir hissəsi olduğunu və həbsdə olan Taliban üzvlərini azadlığa buraxa biləcəyini deyib.

Bundan başqa, sülh əldə edilərsə, Taliban üzvlərinə şəxsiyyət vəsiqələri veriləcək. Onların viza alma haqqı tanınacaq. Bundan başqa, talibançılar Kabildə ofis aça biləcək və onlara qarşı sanksiyalar ləğv ediləcək.


Müəllif: Samir

Oxşar xəbərlər