Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasında yeyinti olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, 2015-2017-ci illər ərzində bazadan 40 milyon dram (83 min ABŞ dolları) dəyərində dərman və avadanlıqlar oğurlanıb.
Faktla bağlı cinayət işi başlanıb. Hərbi hissənin komandirinin müavini, mayor L. A. tutulub.