5 Mart 2018 16:29
2 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

Qərar Yanukoviçə və onun yaxın ətrafına daxil olan 12 şəxsə aid edilib.

Sanksiyalar siyahısından Ukraynanın sabiq ədliyyə naziri Yelena Lukaş və biznesmen Sergey Klyuyevin adı çıxarılıb.

Qeyd edək ki, Avropa Birliyi 2014-cü ildə Yanukoviç və adamlarına qarşı sanksiyalarla bağlı qərar qəbul etmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər