6 Mart 2018 02:31
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatların müddətini uzadacsq.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib.

Onun sözlərinə görə, İŞİD məhv edilsə də Suriyada vəziyyət mürəkkəb olaraq qalır. Buna gorə də əməliyyatın müddəti uzana bilər.

Qeyd edək ki, ABŞ 2014-cü ildən etibarən Suriya hökumətindən icazəsiz bu ölkədə hərbi əməliyyatlar keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər