İtaliyanın Florensiya şəhərində seneqallı gəncin öldürülməsi etirazlara səbəb olub.
Teleqraf.com "Röyters"ə istinadla xəbər verir ki, 54 yaşlı İdi Diene martın 6-da ABŞ konsulluğunun yanında, Vespucci körpüsündə güllə yarasından ölüb. Florensiya və Toskana bölgələrində yaşayan 300-ə yaxın seneqallı həmyerlilərinin öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.
Florensiya bələdiyyəsinin başqanı Dieqo Nardella da dövlətin adından aksiyalara qoşulub. Amma seneqallılar onu fitə basıblar və sədr aksiyanı tərk edib.
Martın 6-da 65 yaşlı İtaliya vətəndaşı İdi Dieneni qətlə yetirib. Qatil polisə ifadəsində intihar məqsədilə evdən çıxdığını, amma küçədə fikirini dəyişərək ömrünün sonuna qədər həbsdə yatmaq qərarını verdiyini bildirib. Bu məqsədlə o, qarşısına çıxan qaradərili şəxsi qətlə yetirib.
Florensiya prokuroru hadisənin irqi zəmnində baş vermədiyini bildirib.