Türkiyənin Antalya şəhərində tikintidə çalışan iki fəhlə Quran kursu açan müəllimi qaçıraraq işgəncəyə məruz qoyublar.
Teleqraf.com xəbər verir ki, fəhlələr şantaj etmək məqsədilə qaçırdıqları 44 yaşlı din xadimini soyundurub bikini geyindiriblər. Hətta ona pivə içirdib bir qadınla münasibətdə olmağa məcbur ediblər. Quran hafizinin bikinili görüntülərini çəkən şəxslər ondan video və fotoların sosial şəbəkədə paylaşılmaması qarşılığında 45 min (90 min lira) manat istəyiblər.
Şantajçılar deyilən məbləği gətirməsi üçün din xadiminə iki gün vaxt veriblər. Din xadimi üzləşdiyi işgəncə barədə dərhal polisə məlumat verib. Polis şantajçıları həbs edib.
Hadisə zamanı istifadə edilən əşyalar maddi sübut kimi götürülüb.