PKK terror təşkilatı Türkiyə Silahlı Qüvvələrin Afrinə girişini önləmək üçün yeni tədbirə əl atıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, PKK Deyr-əz-Zor və Rakkadakı silahlılarını Afrinə göndərəcək.
Ümumilikdə, Afrinə 6 min silahlının gətiriləcəyi bildirilib.
Qeyd edək ki, iki gün öncə 1700 silahlı Deyr-əz-Zordan Afrinə gəlib.