Bu gün Çin Xalq Nümayəndələri Yığıncağı prezidentin səlahiyyətləri ilə bağlı qərarını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, prezident və müavini postuna bir şəxsin iki dəfədən artıq seçilməsini qadağan edən qanun ləğv edilib.
Bununla da, Çin Xalq Respublikasının hazırkı sədri Si Tszinpinin 2023-cü ildən sonrakı dövr üçün də yenidən seçilməsi üçün imkan yaradılıb.