Rusiya Federal Təhlükəsizlik Xidməti Saratov vilayətində anti-terror əməliyyatı keçirib.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, FTX əməkdaşları silahlıların olduğu maşını saxlamaq istəyərkən, müqavimətlə üzləşiblər. Atışmada bir neçə silahlı öldürülüb.
Hadisə yerindən müxtəlif növ silah-sursat götürülüb.
FTX-nın Saratov vilayəti üzrə baş idarəsi terror aktının hazırlanması ilə bağlı cinayət işi qaldırıb. Regionda təhlükəsizlik tədbirləri gücləndirilib.