14 Mart 2018 10:35
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını anlayır. Rusiya bundan istifadə edərək, Ankara-Vaşinqton əlaqələrini pozmağa çalışır. Biz də bundan çox narahatıq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Mərkəzi Qüvvələr komandanı general Cozef Votel deyib.

O bildirib ki, Türkiyə ABŞ üçün NATO müttəfiqidir və İŞİD terror təşkilatı ilə mübarizənin vacib hissəsidir.

Votel əlavə edib ki, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları Suriyada gərginliyin artmasına səbəb olub.

General Afrindəki YPG silahlıları və ABŞ-ın onlara yardımı ilə bağlı sualı da cavablandırıb:
“ABŞ Afrində fəaliyyət göstərmir. YPG də bizim bu niyyətimizi başa düşür. Ancaq Afrin əməliyyatları İŞİD-ə qarşı mübarizəyə əngəl törədir. YPG silahlıları İŞİD-lə mübarizədən çəkilərək, Afrindəki döyüşlərə qatılır”.


Müəllif: Samir

Oxşar xəbərlər