15 Mart 2018 16:58
2 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qədər ki, gec deyil, İranda islahatlara başlamaq lazımdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Məsud Nili deyib.

O, son aylarda ölkənin 101 şəhərində rejimə qarşı baş verən kütləvi xalq etirazlarının gələcəkdə daha kəskin şəkildə yenidən baş qaldıracağı barədə xəbərdarlıq edib:

“Hesab edirəm ki, indiki həssas şəraitdə ölkənin əsas və ən mühüm prioriteti əhali arasında ümid və ictimai sərmayəni bərpa etməkdir. Çünki xalqın etimadını cəlb etmədən iqtisadi islahatlara başlamaq və onu davam etdirmək təhlükəlidir.

İki ay yarım əvvəl ölkənin müxtəlif şəhərlərində baş verən etirazlara laqeyd qalmaq olmaz. Çünki növbəti dəfə bütün fürsətlər əldən gedə bilər. Düşünürəm ki, biz müxtəlif sahələrdə, o cümlədən də iqtisadi sahədə bir sıra islahatlara başlamalıq. Yox, əgər hazırkı siyasətimizlə irəli getsək və indiki vəziyyət belə davam etsə, biz daha böyük təhlükələrlə üzləşəcəyik”.

Xatırladaq ki, bir müddət əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri Əli Xamneyiyə qarşı kütləvi xalq etirazları keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə və prezident Həsən Ruhaniyə “ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub.


Müəllif: Samir

Oxşar xəbərlər