Rusiya prezidenti Vladimir Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarını təbrik edib.
Teleqraf.com xəbər verir ki, Kremlin saytında dərc olunmuş təbrik məktubunda Putin bol məhsuldarlıq və ailə səadəti arzulayıb.
Məktubda deyilir ki, "əsrlərin süzgəcindən keçmiş bu bayram bizim ölkənin bir çox xalqlarının tarixi, mədəni və mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir və özündə təbiətin oyanışını, yeni həyatın başlanğıcını təcəssüm etdirir”.
Putin belə adət-ənənələrin qorunub saxlanmasını yüksək qiymətləndirib.
"Bu gün yüz illlər əvvəll olduğu kimi şəhər və kəndlərdə xalq şənlikləri təşkil olunur, istedadlı ustalar özlərinin xalq-dekorativ tətbiqi incəsənət nümunələrini nümayiş etdirir, hər bir evdə qonaqları milli xörəklərlə qarşılayırlar və əllbəttə, bu gündə öz yaxınlarını anmaq, diqqətə və ehtiyacı olanlara kömək əli uzatmaq lazımdır”, - Putin qeyd edib. (Report)