ABŞ prezidenti Donald Trampın vəkili Con Doud müvəkkilinin hüquqlarının müdafiəsindən imtina edib.
Teleqraf.com xəbər verir ki, Trampın Rusiya ilə əlaqələrini araşdıran istintaqda vəkil kimi çıxış edən C.Doud heç bir açıqlama vermədən görəvindən ayrılıb.
Bəzi məlumatlara görə, vəkilin "Rusiya işi"ndən ayrılması D.Trampın son günlər istintaqı aparan xüsusi müstəntiq Robert Müller haqqında sərt ifadələr işlətməsi olub.
C.Doud Müller ilə Tramp arasında yaxşı körpü yarada bilmişdi, amma müvəkkili bu əlaqəni pozub.
Rusiyanın ABŞ-da keçirilmiş 2016-cı il prezident seçkilərində Trampın xeyrinə prosesə müdaxilə etməsi həm Konqres, həm də Müller tərəfindən araşdırılır.