27 Mart 2018 14:28
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya keçmiş rus casusu Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi faktı ilə əlaqədar Böyük Britaniyadan heç bir məlumat ala bilməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O bildirib ki, London Moskvanın bütün suallarını cavabsız qoyub:

“Böyük Britaniyadan məsələ ilə bağlı Rusiyanı geniş məlumatlandırmağı tələb edirik. ABŞ və Avropa Birliyi ölkələrinin atdığı addımlara gəlincə, Rusiya onlara qarşı lazımı cavablar hazırlayır”.

Qeyd edək ki, martın 4-də Skripal və qızı İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.

Dünən isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 139-a çatıb.


Müəllif: Samir

Oxşar xəbərlər