28 Mart 2018 17:51
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya Hava Yollarına məxsus sərnişin təyyarəsi Tokio-Auklənd səfəri zamanı eniş etmək istəyərkən ona dron yaxınlaşıb. 278 sərnişin ölüm həyəcanı keçirib.

Teleqraf.com xəbər verir ki, dron təyyarənin 5 metrliyindən uçub.

Pilotlar təyyarənin mühərrikinə yaxınlaşan dronun ciddi risk yaratdığı barədə hava limanı növbətçisinə məlumat veriblər.

Xatırladaq ki, Yeni Zelandiya qanunlarına əsasən, mülkü aviasiya qaydalarını pozan dron istifadəçiləri 5 min dollara qədər cərimə edilir. Dron hava limanlarından ən azı 4 kilometr kənarda uça bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər