ABŞ-ın Hyuston şəhərində polis əməkdaşı yolda hərəkət edən qaradərili gənci öldürüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı Danni Rayın güllələnməsinə səbəb onun küçə boyu şalvarını aşağı çəkərək gəzməsi olub.
Polis əməkdaşı Kemeron Brever onun yerə uzanmasını istəyib. Ancaq Ray buna əməl etməyib və polis ona atəş açıb.
Açılan atəş Rayı başından yaralayıb. O, hadisə yerində keçinib.
Yaxınlarının sözlərinə görə, Ray hadisə baş verən gün depressiyada olub.