10:00
"Qış albalısı" ticarət mərkəzində 64 nəfərin ölümünə səbəb olan faciə ilə əlaqədar Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev istefa verib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə regional administrasiyanın məlumatında deyilir.
Məlumatda bildirilib ki, Tulayev öz istəyi ilə postu tərk edib. O bununla bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Qeyd edək ki, martın 25-də baş verən hadisədə ölən 64 nəfərdən 41-i uşaq olub, yanğın zamanı daha 79 nəfər xəsarət alıb.
***
10:40
Rusiya Prezidenti Vladimir Putin Tulayevin istefa ərizəsini qəbul edib.
Bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb. Onun vəzifələrinin icrası müvəqqəti olaraq müavini Sergey Sivilyevə tapşırılıb.
***
Kemerovo vilayətində qubenrator seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.
Bununla bağlı Rusiya Seçki Komitəsinin üzvü Yevgeni Şevçenko məlumat verib.
O bildirib ki, seçkilər sentyabrın 9-da baş tutacaq.