İrəvanın mərkəzindən keçən Şimal prospektindəki kafedə güclü partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə aprelin 2-də Bakı vaxtı ilə 20:44-də İrəvanın Şimal prospektində yerləşən "Burger King" sürətli qidalanma restoranlar şəbəkəsinin kafelərindən birində baş verib.
Hadisə nəticəsində 9 nəfər yaralanıb. Onlardan 3-ü Rusiya və 2-i İran vətəndaşı da var.
İlkin məlumata görə, restoranın mətbəxində oksigen balonu partlayıb.