Türkiyədə “Hacısüleymanoğulları” kimi tanınan silahlı qruplaşmaya qarşı həyata keçirilən əməliyyatın görüntüləri yayılıb.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, mafiyanın avtoparka hücumu təhlükəsizlik kamerasının yaddaşına həkk olunub.
“Hacısüleymanoğulları” adlı qruplaşmaya yönəlik əməliyyat zamanı saxlanılan 19 nəfər barəsində məhkəmə istintaqı başlanılıb.
3 il əvvəl ölən “Oflu İsmayıl” ləqəbli İsmayıl Hacı Süleymanoğlunun nəvələrinin idarə etdiyi şəbəkənin 24 üzvü martın 20-də İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şübhəlilərdən 5 tapança, 5 ov tüfəngi, 499 mərmi və fişəng müsadirə edilib.
Saxlanılanların arasında Hacı Süleymanoğlunun nəvələri Orhun və Əlinin də olduğu vurğulanıb.
Məlumatlara görə, şübhəlilər müxtəlif iş yerlərinə hücum edərək biznesmenləri təhdid edib, onlara etiraz edənləri isə döyərək iş yerlərinə ziyan vurublar. Mafiya izi itirmək üçün iş yerlərindəki təhlükəsizlik kameralarını söküb.