3 Aprel 2018 08:31
3 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Quql" şirkəti URL ünvanların qısaldılması üzrə “goo.gl” xidmətinin fəaliyyətinə son verəcəyini elan edib. Hazırda sözügedən xidmət aktivdir, ancaq 18 apreldən etibarən yalnız qeydiyyatdan keçmiş istifadəçilər “goo.gl” hesabının konsolu vasitəsilə URL ünvanları qısalda biləcəklər.

Teleqraf.com “İCTnyus"a istinadən xəbər ki, qeydiyyatdan keçmiş istifadəçilər 30 aprel 2019-cu ilədək URL təhlillə bağlı məlumatlara baxa və qısa linklər haqda informasiyanı CSV formatında yükləyə bilərlər.

Proqramçılar 30 may 2018-ci ilədək “goo.gl” servisinin API-nə abunə ola və 30 mart 2019-cu ilədək API-dən istifadə edə bilərlər.

Şirkət rəsmilərinin sözlərinə görə, “goo.gl” tərəfindən yaradılmış mövcud qısa linklər xidmət bağlandıqdan sonra belə yönləndiriləcək. “Quql” şirkəti “Firebase Dynamic Links” (FDL) xidmətindən istifadəyə dair qərar verib.

"FDL xidməti mövcud və potensial istifadəçiləri “iOS”, “Android” və ya veb proqramda istənilən yerə yönləndirməyə imkan verən bir həldir. Biz “URL Shortener” alət ilə fəxr edirik. Amma biz gələcəyə doğru irəliləyirik və “Firebase Dynamic Links”in imkanları xoşumuza gəlir" – “Quql”un nümayəndəsi bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər