4 Aprel 2018 23:33
1 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trinidad və Tobaqo Respublikasının əmlak kralı sayılan Şeron Sukedo bu gün üzərindəki zinət əşyaları ilə birlikdə yandırılaraq dəfn edilib.

Teleqraf.com xəbər verir ki, Trinidad və Tobaqoda daşınmaz əmlakın kralı sayılan Şeron Sukedonun cəsədi 50.000 dollarlıq tabuta qoyularaq yandırılıb. Mərhumun cənazəsinə 100 mindən çox insan qatılıb.

33 yaşlı əmlak kralı avtomobil biznesi ilə məşğul olub. Milyoner qayınatasıgildən qayıdarkən yolda tanımadığı şəxslər tərəfindən silahlı hücuma məruz qalıb və qətlə yetirilib. Aparılan operativ axtarışlar nəticəsində qatil yaxalanıb.

Məlum olub ki, cinayətkar qətl əməlini 1 il öncədən planlaşdırıb.


Müəllif: Natiq Həziquliyev

Oxşar xəbərlər