8 Aprel 2018 13:30
3 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 ildə dünyada baş verən qarşıdurma və regional müharibələri bir qisim insan qiyamətin əlaməti, digər qisim isə III dünya müharibəsinin işarəti hesab edir.

Şimali Koreyanın hidrogen bombası əldə etməsi, nüvə silahı əldə etməyə son dərəcə yaxın olması, İran və Səudiyyə Ərəbistanı arasında gərginlik, Suriyada illərdir davam edən müharibə, Rusiya-ABŞ, ABŞ-Çin qarşıdurması, iqtisadi problemlər, valyutaların devalvasiyası insanlarda ciddi narahatlıq yaradır.

Bəs III dünya müharibəsi qaçılmaz olarsa, dünya nüvə müharibəsinə şahidlik edərsə, bu zaman insanlar sağ qalmaq üçün hara sığınmalıdır? Güvənli yerlər varmı?

Teleqraf.com bu dəfə dünya müharibəsi qaçılmaz olacağı təqdirdə insanların sağ qalmasına azacıq da olsa şans tanıyacaq təhlükəsiz əraziləri təqdim edir.

İslandiya

Təhlükəsizr ərazilərdən biri İslandiyadır. Qeyd edək ki, İslandiya Avropa ölkəsi olsa da, əslində bir çox ölkələrdən kilometrlərlə uzaqdadır. Bu səbəbdən də, gözlənilən fəlakətdən sağ qalmaq üçün İslandiyaya getmək ən ağıllı seçimdir. Üstəlik İslandiyada dəniz və çayların bolluğu xüsusilə vurğulanır. Yəni bu ölkəyə sığınmağın aclıq təhlükəsi yoxdur. Xatırladaq ki, İslandiya dünya iqtisadi böhranı zamanı ayaqda qalmağı bacarıb.

Tristian da Cunha Adası

Tristian da Cunha Adasına ən yaxın ərazi 2 min kilometr uzaqlıqdadır. Üstəlik adanın cəmi 300 vətəndaşı var. Adada hava limanı mövcud deyil. Yalnız kiçik bir limana sahibdir. Adada 1 məktəb, 1 xəstəxana, 1 muzey,1 bar,1 üzmə hovuzu var. Adaya daxil olmaq üçün Böyük Britaniya vizası almaq lazımdır.

Guam Adası

Əgər ABŞ-da yaşayırsınızsa və dünya müharibəsi başlayarsa, sağ qalmaq üçün Guam adasına sığınmaq ən doğru seçimdir.

Tailand

Cənubi Asiyada illərdir davam edən qarşıdurma və müharibələrə baxmayaraq, təhlükəsiz və sülhün olduğu məkan Chiang Mai hesab olunur. Bu məkan faktiki olaraq, Tailandın ən yüksək dağlarına sahiblik edir. Asiyada yaşayanların mümkün cahan müharibəsindən sağ çıxması üçün, bu əraziyə üz tutması yaşam şansı hesab oluna bilər.

Dənver

Dənver ABŞ-ın benzin mərkəzi hesab olunur. Burada ən pis məqamda belə benzin tapa bilərsiniz. Eyni zamanda dənizlərdən və okendan 1 mil yüksəklikdə yerləşir. Dağlarla əhatə olunub. İstənilən müharibə zamanı Dənver üstünlüyünü qoruyur.

Antraktida

Əgər soyuqlara tab gətirmək iradəniz varsa, bu halda ulduz və nüvə müharibəsi zamanı Antraktida ən təhlükəsiz məkandır. Antraktida da yaşamaq çətin olsa da, təhlükəsizlik baxımından üstünlüyə malikdir. Bu səbəbdən də müharibə bitənə qədər orada gözləyə və sonra evinizə dönə bilərsiniz.

Puncaq

Heç kimin yaşamaq istəmədiyi İndoneziyanın görkəmli dağlarıdır. Uzaqdan təhlükəli və qonaqpərvər görünməyə bilər, ancaq son nəticədə sağ qalmaq üçün, Puncaq ideal məkan hesab olunur. Yeri gəlmişkən, dünyanın ən böyük qızıl mədənləri də Puncaq Jayada yerləşir.

Bern

İsveçrənin paytaxtı Berin də xüsusi üstünlüyə malikdir. Çoxları buna inanmaya bilər. Amma Bern illər boyunca həyata keçirdiyi siyasət nəticəsində heç vaxt özünə qarşı düşmən yaranmasına imkan verməyib. Bu səbəbdən də nüvə savaşından qaçmaq üçün, əhəmiyyətli ünvan hesab olunur.

Yukon

Kanadada yerləşən və əhalisi az olan Yukon qış mövsümündə soyuq havaya şahidlik edir. Burada qışda yaşamaq şərtləri çox ağırdır. Ancaq hava isinəndən sonra gözəlliklər ortaya çıxır. Xüsusilə, əkinçilik və ovçuluq baxımından zənginliklərə sahibdir.

Levis

Müharibədə sağ qalmaq və yaşamaq istəyirsinizsə, bu zaman düşünmədən Atlantik okeanı sahillərində yerləşən Levis tam sizin üçündür. Qəribədir ki, coğrafi özəlliklərinə baxmayaraq, bu ərazi 950 il ərzində istila edilməyib. Təbiəti gözəl olan Levisin ada olması onu avantajlı hala gətirir.

Cavad


Müəllif: Cavad

Oxşar xəbərlər