10 Aprel 2018 23:27
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Feysbuk”un təsisçisi Mark Zukerberq sosial şəbəkədən məlumatların sızması ilə əlaqədar ABŞ senatında ifadə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Zukerberq konqresdə onlarla milyon sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının üçüncü şəxslərə hansı yolla sızdırıldığına dair senatorların suallarını cavablandırıb.

Zukerberq eyni zamanda “Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi” istintaqı üzrə ifadə verəcək.

Dinləmənin əvvəlində senator Feynştayn Zukerberqə “rusiyalı trollar” və “Kembridj Analitica” şirkəti barədə ətraflı məlumat verib.

Zukerberq isə ifadəsində qeyd edib ki, "Feysbuk" şəxsi məlumatların qorunması, təhlükəsizlik və demokratiya ilə bağlı bir sıra problemlərlə üzləşib: "Bu üzdən mənə istədiyiniz mürəkkəb sualları verməyə tam ixtiyarınız var”.

“Feysbuk”un təsisçisi baş verənlərdən peşman olduğunu və hər kəsdən üzr istədiyini bildirib: "Məsuliyyətimizi tam olaraq dərk etməmişik. Böyük səhv idi. Bu, mənim səhvimdir. "Feysbuk"u mən yaratmışam, mən idarə edirəm. Burada baş verənlərə görə mən cavabdehəm. İnsanlar arasında əlaqələrin gücləndirilməsinin yaxşı tərəflərini fikirləşdik. Amma bunun pis məqsədlər üçün istifadəsinə mane olmaq üçün yetərincə çalışmadıq. Yalan xəbər, seçkilərə kənar müdaxilə, nifrət püskürmə və ictimai inam kimi mövzularda xidmətlərimizdən istifadə edilə biləcəyini anlamaqda uğursuz olduğumuzu qəbul edirəm".

Qeyd edək ki, "Feysbuk" 87 milyon nəfərin şəxsi məlumatlarını "Kembridj Analytika" şirkətinə ötürməkdə ittiham olunur.


Müəllif: Ruslan

Oxşar xəbərlər