17 Aprel 2018 21:31
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə kontrol asılılığından (başqasının hərəkətlərinə ifrat nəzarət) əziyyət çəkən 22 yaşlı qadın həyat yoldaşının həyatını puç etdiyi üçün azadlıqdan məhrum olunub.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyada Cordan Vorz adlı qadın ərinin bütün davranışlarına nəzarət edib. 16 yaşında bir-birini sevən cütlüyün münasibətləri son zamanlar pozulub.

Buna səbəb kişinin qadının müdaxilələrinə tab gətirməməsi olub. Cordan Vorz ona etirz edən ərinin üzərinə qaynar su töküb, müxtəlif işgəncəyə məruz qoyub.

Məhkəməyə müraciət edən kişiyə qonşuları da şahidlik edib.

Qadın 7.5 il azadlıqdan məhrum edilib.


Müəllif: Ayxan