19 Aprel 2018 23:13
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara məhkəməsi 2016-cı il iyul ayında dövlət çevrilişinə cəhddə iştirak etdiyinə görə, 47 hərbi qulluqçunu ömürlük azadlıqdan məhrum edib.

Teleqraf.com xəbər verir ki, 27 hərbçi, o cümlədən iki general cinayət hallarının ağır olmasına görə, ömürlük cəzanı ciddi rejimli kolonda çəkəcək. Digər 20 müttəhim isə ümumi rejimli cəzçəkmə müəssisələrinə yerləşdiriləcək.

Bundan başqa 217 nəfər “dövlət quruluşunu dəyişməyə cəhdə dəstək olduqlarına görə” 12-20 il müddətlərinə azadlıqdan məhrum edilib.

Müttəhimlər bundan əvvəl Ankaranın 58-ci artilleriya briqadasında və artilleriya-raket məktəbində xidmət edib.

Məhkəmədə 64 müttəhimin bəraət aldığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər