Rusiya müdafiə nazirliyi bir ay ərzində Suriyaya “S-300” zenit-raket komplekslərini tədarük etmək imkanına malikdir.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə tədarükə MN-nin ehtiyatında olan və ya Rusiya SQ-nin “S-400”lərlə təchizatından sonra istismardan çıxarılmış buraxılış qurğuları və idarəetmə vasitələri daxil edilə bilər.
Xatırladaq ki, ABŞ, Fransa və Britaniyanın Duma şəhərindəki kimyəvi hücuma cavab olaraq Suriyaya endirdiyi hava zərbələrindən sonra, Rusiya XİN-i Serqey Lavrov Moskvanın Suriyanın HHM sistemini gücləndirməyə hazır olduğunu bildirmişdi .
Ancaq Moskva hələ ki, Suriyaya “S-300”lərin tədarükü ilə bağlı yekun qərara gəlməyib.