Erməni diasporunun məşhur nümayəndəsi, fransız aktyoru, şanson ifaçısı, 93 yaşlı Şarl Aznavur Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib.
Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, müğənninin konserti səhhətində yaranmış problemlərə görə təxirə salınıb. Şarl Aznavurun konsertinin vaxtı gələn ilin aprelin 9-na keçirilib.
“Oktyabrskiy” teatrının direktoru Emma Lavrinoviçin sözlərinə görə, Şarl Aznavurun vəziyyəti Sankt-Peterburqdakı konsertdən əvvəl məşqdə pisləşib. O, 93 yaşlı musiqiçinin dərhal xəstəxanaya aparıldığını və vəziyyəti barədə hələki heç bir məlumata malik olmadıqlarını söyləyib.