“The Sunday Times” “Global Witness” qeyri-hökumət təşkilatının hesabatına istinadla Rusiya vətəndaşlarının Britaniyanın offşor zonalarında saxladıqları pulun məbləğini açıqlayıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, sözü gedən məbləğ 34 milyard funtu (47 milyard dollar) əhatə edir.
Son on ildə Britaniyanın offşor zonalarına xan “rus pulu”nun məbləği isə 110 milyard funtdur ki (152 milyard dollar), bu da Kiprdən sonra sonra ikinci yeri tutan istiqamətdir.
Xatırladaq ki, Böyük Britaniya Parlamenti gələn həftə Virciniya və Kayman adalarındakı offşor hesab sahiblərinin adlarının açıqlanmasını nəzərdə tutan qanun layihəsini səsə qoymağa hazırlaşır.