12 May 2018 10:17
53 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəhəng kosmos həm də inanılmaz təhlükələrlə doludur.

Teleqraf.com xəbər verir ki, son zamanlar alimlər Ay tozunun insan DNT-ni dəyişə biləcəyini açıqlayıblar.

“Apollon 17” missiyasının astronavtları moduldakı Ay tozunun çoxluğundan şikayət edir, gözün selikli qişasını bu tozun daim qıcıqlandırdığını, gözlərdə sulanma yaratdığını bildirir.

Maraqlıdır ki, indiyə kimi bu fakta diqqət yetirilməyib.

NASA alimləri Ay tozunun insana necə təsir etməsini yoxlamaq qərarına gəliblər. Onlar laboratoriyada hüceyrələrlə Ay tozunun təmasını tədqiq ediblər.

Sınaq zamanı qısa müddət ərzində insan hüceyrələrinin DNT-də kəskin dəyişmə baş verib, bəzi hüceyrələr tamamilə məhv olub.


Müəllif: Günay Əli

Oxşar xəbərlər