13 Avqust 2014 11:37
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın müxtəlif əyalətlərində aparılan hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 80-dən çox terrorçu məhv edilib

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyindən açıqlama verilib.


“Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin 11 əyalətdə apardığı təmizləmə əməliyyatları nəticəsində son 24 saatda 80-dən çox Taliban yaraqlısı məhv edilib, 69-u yaralanıb, 4-ü isə tutulub”, - deyə məlumatda bildirilir.


Hökumət qüvvələrinin itki verib-verməməsi barədə məlumat açıqlanmayıb.


Taliban qruplaşması isə itkilərlə bağlı məlumatlara hələlik münasibət bildirməyib.

/APA/


Müəllif: