Güclü yağış nəticəsində Gürcüstanın şərqindəki Xaşur rayonunun Kvişxeti kəndində daşqın baş verib
Məcrasından çıxan çay üç kəndi birləşdirən körpünü dağıdıb.
Bundan başqa, yerli sakinlərin həyətyanı sahiləri, evlərin ilk mərtəbələri su altında qalıb. Daşqın məhsullara və kiçik heyvandarlığa da ziyan vurub.
Daxili yollar və kiçik tikintilər ziyan görüb. Təbii fəlakətin vurduğu ziyanı hesablamaq üçün xüsusi komissiya yaradılacaq.
/trend/