13 Avqust 2014 14:56
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti Rusiyanın Cənubi Kuril adalarında keçirəcəyi hərbi təlimlərə kəskin etiraz edir.


Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi artıq bu təlimlərlə bağlı etirazlarını Rusiyaya bildirdiklərini deyib.

Rusiya Müdafiə Nazirliyi 1000-dən çox əsgərin, 5 Mi-8MTSh hücum helikopterlərinin və 100-ə yaxın digər hərbi texnikanın bu manevrlərə cəlb olunacağını açıqlayıb.

Qeyd edək ki, ikinci Dünya Müharibəsindən sonra Yaponiyanın şimal əraziləri hesab olunan Kuril adalarına görə Rusiya və Yaponiya arasında narazılıq var.

İki ölkə arasında rəsmi sülh müqaviləsi hələ də imzalanmayıb.

/APA/


Müəllif:

Oxşar xəbərlər