13 Avqust 2014 17:03
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Türkiyədə keçirilən və uzun müzakirələrə səbəb olan prezident seçkilərinin nəticələri ölkənin ən böyük müxalifət partiyası CXP – nin daxilində çəkişmələrə səbəb olub. Xüsusən partiya lideri Kamal Kılıçdaroğlunun partiyanın digər üzvləri tərəfindən istefaya çağırılması gündəmi silkələyib.

Teleqraf.com xəbər verir ki, CXP başqalığına namizədlər arasında partiya üzvü millət vəkili Əminə Ülkər Tarhan və Məhərrəm İncənin adı hallandırılır. CXP üzvlərindən birinin mediaya verdiyi məlumata bu gün keçirilən toplantıda bu adlarla yanaşı sürpriz bir adda- Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər də müzakirə mövzusu olub. Kılıçdaroğlunun istefası üçün kifayət qədər səs yığılarsa eks prezidentə rəsmi təklif ediləcək.


Müəllif:

Oxşar xəbərlər