2 İyun 2018 12:34
2 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyanın Ermənistandakı təsir dairəsini zəiflətmək üçün bu ölkənin QHT sektoruna milyonlarla dollar həcmində maliyyə vəsaiti yatırıb. Əsas məqsəd Ermənistandakı anti-Rusiya cəbhəsini genişləndirməkdir.

Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.

Politoloq hesab edir ki, ABŞ-da fəaliyyət göstərən “Soros” Fondunun Ermənistanın siyasi müxalifəti daxilində və QHT sektorunda nüfuz dairəsi kifayət qədər genişdir:

“Ermənistan QHT-lərinə və müxalifətinə əsas maliyyə yardımı bu fonddan ayrılır. Təsadüfi deyil ki, ABŞ-ın Cənubi Qafqazdakı ən böyük səfirliyi də İrəvanda yerləşir. Bu səfirliyin “yeraltı bunker”ində Rusiyaya qarşı casus şəbəkəsi fəaliyyət göstərir. Bütün planlar burada hazırlanır. Hesab edirəm ki, Nikol Paşinyanın özü və siyasi komandasında təmsil olunan nüfuzlu şəxslərin əksəriyyəti ABŞ səfirliyinin “yeraltı məktəbi”nin yetirməsidir.

Həmin şəxslər Sorosun ən sözəbaxan uşaqlarıdır. Fikir versək görərik ki, Paşinyan ABŞ-da təhsil almış və Qərbin siyasi institutları ilə açıq və gizli əlaqələri olan şəxsləri hakimiyyətin strateji bölmələrində yerləşdirib.

Həmin adamlar anti-Rusiya mövqeyi ilə seçilirlər. Buna görə də ABŞ-ın Ermənistana 140 milyon dollar maddi vəsait ayırması təsadüfi deyildi, bu pulların Rusiyaya qarşı hazırlanan plan üçün xərclənəcəyinə şübhə yoxdur”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ Ermənistanın Qərbyönümlü hakimiyyətini Vaşinqtondan idarə etməyə çalışacaq: “Amerikalı səfir Riçard Mills Ermənistanda dövlətin idarə edilməsində əsas fiqur olacaq. Yəni, Nikol Paşinyan Vaşinqtondan gələn təlimatları səfirdən alacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər