Moskva şəhər Duması bugünkü iclasında mer seçkilərinin keçirilməsi ilə bağlı məsələni müzakirə edərək yekun qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, seçki sentyabrın 9-na təyin edilib.
Şəhər Duması seçki kampaniyasına da start verib.
Qeyd edək ki, şəhərin hazırkı meri Sergey Sobyanin bir müddət öncə sentyabrda keçiriləcək seçkidə iştirak etmək niyyətində olduğunu açıqlayıb. O bu posta 2010-cu ildə təyin olunub, 2013-cü ildə keçirilən seçkidə qalib gəlib.