Səudiyyə Ərəbistanı Qətər Rusiyadan S-400 raket sistemləri alarsa, ona qarşı güc tətbiq edəcəyini açıqlayıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Fransanın "Le Monde" qəzaeti yazıb.
Qəzet iddia edir ki, Səudiyyə kralı Salman bin Əbdüləziz əl-Saud bir qədər öncə Fransa Prezidenti Emmanuel Makrona məktub göndərərək, ondan Qətərə təzyiq göstərməsini istəyib. Məktubda Makrondan Qətərin Rusiyadan S-400 raket sistemləri almasını əngəlləməsi xahiş olunur.
"Le Monde" yazır ki, kral əks halda Qətərin S-400 raket sistemlərini vuracaqlarını bildirib.