“Mossad” adı ilə Tvitterdə paylaşımlar edən və çoxsaylı izləyiçisi olan hesab yalnız Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanı izləyir.
Teleqraf.com xəbər verir ki, məsələyə İsrail mediası da diqqət ayırıb.
Hələ mayın sonlarında İsrail mediası bu hesabların saxta olduğunu iddia edib. Qeyd edilib ki, İsrail xüsusi xidmət orqanı “Mossad”ın Tvitterdə rəsmi hesabı fəaliyyət göstərmir. Ancaq “Mossad” adına paylaşım edən hesablardan ən çox izləyicisi olan @The MossadIL özəlliyi ilə diqqəti çəkir. Bu hesab yalnız Türkiyə prezidentini izləyir.
İsrail mediası aydınlaşdırıb ki, hesabı Kanadada yaşayan Şavin Eni adlı bir şəxs idarə edir.
Qəribədir ki, “Mossad” 70 mindən çox izləyiçisi olan bu hesabı qapatmaq üçün heç bir tədbir görməyib.