5 İyun 2018 16:56
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

50 il öncə iyunun 5-də Los-Anceles şəhərində senator, 1968-cil seçkilərində prezidentliyə namizəd Robert Bobbi Kennedi ölümcül güllə yarası alır. Onun ölümündə fələstinli miqrant Serxan Bişar Səran günahlandırılır və haqqında edam hökmü verilir. Daha sonra cəza ömürlük həbslə əvəz edilir. Seçkilərdə isə respublikaçı Riçard Nikson qalib gəlir.

Xatırladaq ki, Kennedinin namizədliyini qaradərililərin vətəndaş hüquqları hərəkatının rəhbəri Martin Lüter Kinq də dəstəkləyib. O, 1968-ci ilin aprelində öldürülüb.

Robert Kennedi eyni zamanda Vyetnam müharibəsinin əleyhinə olub. Onun ölüm şəraiti də qardaşı - Prezident Con Kennedinin 1963-ci il noyabrın 22-dəki qətli kimi sirlər olaraq qalır.

Teleqraf.com Robert Kennedinin arxiv fotolarını təqdim edir:


Müəllif: Ruslan

Oxşar xəbərlər