ABŞ prezidenti Donald Tramp iyunun 12-də Sinqapurda onun KXDR lideri Kim Çen İn ilə görüşü üçün hər şeyin hazır olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Vaşinqton administrasiyasının rəhbəri bunu Yaponiyanın baş naziri Sindzo Abe ilə Ağ evdə görüşü zamanı jurnalistlərə deyib.
"Zirvə görüşü tam hazırdır", - deyə Tramp bildirib.