8 İyun 2018 12:29
2 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusu İraqda hərbi əməliyyatlara başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan CNN Turk-ə müsahibəsində deyib.

Türkiyə prezidentinin sözlərinə görə, Sinjar, Qəndil və Mahmurdakı terrorçuların mövqelərinə zərbələr endirilə bilər.

“Biz ölkənin (İraq-red) şimalındakı terror yuvalarını izləyirik. Tezliklə onlara güclü zərbə edirəcəyik”.

Qeyd edək ki, 2016-cı ildə Bağdad və Ankara arasında siyasi böhran yaranmışdı. İraqın Baş naziri Heydər əl İbadi Türkiyənin başqa ölkənin ərazisinə ordu yerləşdirməklə regional müharibəyə səbəb ola biləcəyini bildirmişdi.


Müəllif: Ruslan

Oxşar xəbərlər