Martda Əslixan Doğanla evlənən Türkiyənin tanınmış futbolçusu Arda Turan kirayə yaşadıqları ev üçün fantastik qiymətə xalça alıb.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Çubuqlu vadisində kirayə qaldıqları evə 25 min türk lirəsi ödəyən cütlük hərəkə xalçası 150 min lirəyə satın alıblar. Çilçıraqlar üçün ümumilikdə 50 min lirə xərcləyən Turan ailəsinin divarlarını Əslixanın bacısı Dilaxan Doğanın çəkdiyi tablolar bəzəyir.
Qeyd edək ki, hərəkə xalçası dünyanın ən nazik xalçası kimi tanınır.