Türkiyənin Diyarbakır şəhərində təhlükəsizlik qüvvələri əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Diyarbəkir terrorla mübarizə şöbəsinin əməkdaşlarının keçiriyi əməliyyat nəticəsində 5 PKK silahlısı saxlanılıb. Onların Ramazan bayramında və 24 iyun seçkilərində terror aktı planlaşdırdığı məlum olub.
Əməliyyat zamanı 2 ədəd “Kalaşnikov”, 1 ədəd səsboğuculu tapança, 3 ədəd maska və sursat ələ keçirilib.