Almaniya hökumətində miqrantlarla bağlı böhran davam edir.
Teleqraf.com xəbər verir ki, koalisiya hökuməti Angela Merkelin miqrant siyasətini sərt tənqid edərək heç bir sənədi olmadan və ya ikinci dəfə Almaniyaya gələn miqrantların geri göndərilməsi barədə yekdil qərar qəbul ediblər.
Hökumət nümayəndələri hesab edirlər ki, problemli miqrantlarla daha Almaniya deyil, Avropa Birliyi məşğul olmalıdır.
Qərardan sonra Almaniyanın baş kansleri Angela Merkel Xristian-Sosial İttifaqı Partiyasının Rəyasət Heyətinin miqrantlarla bağlı ultimatumunu qəbul edib.
Qeyd edək ki, Xristian-Sosial İttifaqı Partiyası Avropanın əsas problemlərindən olan miqrant probleminin həlli üçün baş kanslerə iki həftə vaxt verib. Təklif Almaniyanın daxili işlər naziri, Xristian-Sosialist İttifaqı Partiyasının lideri Horst Zeehofer tərəfindən irəli sürülmüş və partiyası tərəfindən yekdilliklə dəstəklənmişdi.
Daha əvvəl Zeehofer bildirib ki, Angela Merkellə işləyə bilmir.