Türkiyə Silahlı Qüvvələrinin ABŞ ilə regionda təhlükəsizliyin təmin edilməsi barədə razılaşmalar çərçivəsində daxil olduğu Suriyanın Mənbic şəhərindən ilk görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, ordunun Mənbicin içərilərinə doğru irəlilədiyi bildirilir.
Qeyd edək ki, ötən həftə Türkiyə Baş Qərargahı Türkiyə və ABŞ hərbçilərinin Suriyanın Mənbic şəhəri üzrə "yol xəritəsi"nin tətbiqinə dair razılığa gəldiklərini açıqlayıb.