20 İyun 2018 16:47
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın neft naziri Bijar Namdar Zanqane iyunun 23-də keçiriləcək OPEK+ görüşündə iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

İyunun 23-də OPEK ölkələri və təşkilata daxil olmayan dövlətlər neft hasilatının həcminin artırılması ilə bağlı müzakirə aparacaqlar.

ABŞ hasilatın artırılması ilə bazarda neftin qiymətinin aşağı düşməsini istəyir. Rusiya da hasilatın artırılmasını dəstəkləyir.

“Mən inanmıram ki, bu görüşdə razılığa gələ bilərik. OPEK Trampın (ABŞ prezidenti-red) təlimatlarına riayət edən təşkilat deyil”, - Zanqane deyib.

İranlı nazir əlavə edib ki, Vyananı danışıqlar başlamadan öncə tərk gedəcək.


Müəllif: Ruslan

Oxşar xəbərlər